Balakən rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI

 Balakən rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? -
2019-cu ilin yanvar-dekabr aylarında Balakən rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 784 min 901manat olan 16 tender keçirilib.

FED.az-ın məlumatına görə, ən çox tender keçirən Balakən rayon İcra Hakimiyyəti olub. İcra hakimiyyəti ümumi məbləği 520 min manat olan 12 tender müqaviləsi bağlayıb.

Balakən Suvarma Sistemləri İdarəsi 3 tenderinin ümumi məbləği 255,4 min manat olub.

Ötən il rayonda məbləği 100 min manatdan böyük 2 tender keçirilib. Keçirilən tenderlərin qalibləri “ATF” MMC və “Şans-2011” MMC qazanıb. Ümumiyyətlə, “ATF” MMC və “Şans-2011” MMC şirkətləri qazandıqları tenderlərin ümumi məbləğinə görə birinci yerdədirlər. “ATF” MMC 1 tenderə 330 min 230 manat, Şans-2011 MMC 2 tenderə 246 min 395 manat qazanıb.

Rayonda fiziki şəxslərdən ən çox tender qazanan Qarayev Elman, Hacı Dibirov olub. Qarayev Elman ümumi məbləği 15 min 460 manat olan 2 tender, Hacı Dibirov ümumi məbləği 63 min 198 manat olan 2 tender qazanıb.

GUNDEMİNFO.AZ 2019-cu ildə Balakən rayonunda keçirilən tenderləri təqdim edir.

 Balakən rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? -
 Balakən rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...