"Qiymətlər çox bahadır, ödəmək imkanımız xaricindədir " - Yeganə oğlu şəhid olan ata Prezidentə və Mehriban Əliyevaya müraciət etdi

"Qiymətlər çox bahadır, ödəmək imkanımız xaricindədir " -
Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Vüqar Xəlilov şəhid atasıdır. Oğlu Elşən Xəlilov 2019-cu il iyunun 9-da Tərtərdə təmas xəttində hərbi xidmətdə olarkən düşmən gülləsinə tuş gəlib.

V.Xəlilov deyir ki, fəhləliklə dolanır, maddi durumu ağırdı. Yeganə 21 yaşlı qız övladı birinci qrup əlildir: "Oğlum şəhid olduqdan sonra həyat yoldaşımla qərar gəldik ki, bir övladımız olsun. Amma problemlər yarandı, müxtəlif xəstəxanalara baş çəkdik. Həkimlər bildirdilər ki, ancaq süni mayalanma yolu ilə yenidən övlad sahibi ola bilərik. Qiymətlərlə maraqlandıq, olduqca yüksək rəqəmlər söylədilər. Bizim bu məbləği ödəmək imkanımız yoxdur".

Şəhid atası yeganə çıxış yolunu ölkə rəhbərliyindən kömək istəməkdə görür: "Mən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm. Valideyin üçün yeganə oğlunu itirməyin nə qədər böyük acı olduğunu yəqin siz də bilirsiniz. Bu acını dinləndirəcək, təsəlli edəcək heç bir qüvvə yoxdur. Yeganə təskinliyimiz övladımızın Vətən uğurunda Şəhid olması, Şəhidlik zirvəsinə ucalmasıdır. Biz yenidən övlad istəyirik, amma yaşadığımız böyük faciə səhhətimizdə dərin izlər buraxıb. Həkimlər bildirirlər ki, ancaq süni mayalanma yolu ilə övladımız ola bilər. Qiymətlər çox bahadır, ödəmək imkanımız xaricindədir.

Hörmətli prezident İlham Əliyev, hörmətli Mehriban xanım! Ümid edirəm bir şəhidin valideyinlərinin bu müraciətini eşidib bizə yardım edəcəksiniz. Bu, yeganə oğlunu Vətən uğurunda qurban verən Azərbaycanlı ailəsinə ən böyük dəstək ola bilər".

"Qiymətlər çox bahadır, ödəmək imkanımız xaricindədir " -
"Qiymətlər çox bahadır, ödəmək imkanımız xaricindədir " -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
273 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...