İrandan gələn iki nəfər Bakıda xəstəxanaya yerləşdirildi - koronavirusa görə

İrandan gələn iki nəfər Bakıda xəstəxanaya yerləşdirildi -
“İrandan Azərbaycana gələn iki nəfər koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə gətirilib”.

Səhiyyə Nazirliyindən Unikal.org-a bildirib ki, həmin şəxslər 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1998-ci il təvəllüdlü İran vətəndaşıdır.

O qeyd edib ki, onların virusa yoluxan insanlarla heç bir təmasları olmayıb: “Onlar həkim müşahidəsinə götürülüb, heç bir şikayətləri yoxdur, temperaturları da normaldır. Onlardan analizlər götürüləcək və nəticəyə uyğun qərar veriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
323 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...