Koronavirusla mübarizə: “Böyüklərə 1000, uşaqlara 500 dollar nağd pul”

Koronavirusla mübarizə:

ABŞ-da koronavirusla mübarizə çərçivəsində yetkinlik yaşına çatan şəxslərə 1000, uşaqlara isə 500 dollarlıq nağd pul dəstəyi göstəriləcək.

“HaberGlobal”ın məlumatına görə, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bildirib.

“Ana-ata və iki uşaqdan ibarət dörd nəfərlik ailə üç min dollar alacaq. Konqres bu təklifi qəbul etdikdən üç həftə sonra ödənişlər həyata keçiriləcək.

Altı həftə sonra bir daha ödəniş ediləcək. Əgər milli fövqəladə vəziyyət davam edərsə, daha üç min dollar veriləcək”, - Mnuçin bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...