Dini ad altında fahişəxana fəaliyyəti etiraza səbəb oldu – İDDİA

Dini ad altında fahişəxana fəaliyyəti etiraza səbəb oldu –

Bir qrup Masallı sakini şəhərdə fəaliyyət göstərən Şəfa sanatoriyasının, otel adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyini iddia edir.

Bu barədə məlumat sosial şəbəkələrdə inanclı insanlar tərəfindən paylaşılıb.

Etiraz edən vətəndaşların sözlərinə görə, “Fatimeyi-Zəhra şəfa sanatoriyası” adı altında fəaliyyət göstərən bu obyekt, əslində otel kimi işləyir. İnanclı vətəndaşlar iddia edirlər ki, bu oteldə “müştərilər” 20-30 manat pul ödəməklə istədikləri “oyundan” çıxırlar.

Mövcud vəziyyət isə Masallı sakinlərinin haqlı narazılığına səbəb olub. İnsanlar sözügedən obyektin rəhbərliyinə öz etirazlarını bildirsələr də, heç bir nəticə hasil olmayıb.

Sakinlərin səsləndirdikləri iddialardan görünən odur ki. otel rəhbərliyi, İslam peyğəmbərinin qızı xanım Fatimeyi Zəhranın adının əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən otelə verilməsindən narahat deyil.

Sakinlər “Fatimeyi Zəhra” adının oradan götürülməsini tələb edirlər. Obyektin sahibi isə adın hüquqi yolla sənədləşdirildiyini əsas gətirərək, insanların etirazına məhəl qoymur.

Qeyd edək ki, sözügedən məsələyə öz sosial şəbəkə hesabında fikir bildirən digər bir Masallı sakini Təhmasib İsayev isə, səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini deyib. O bildirib ki, sözügedən sanatoriya təxminən 30 ilə yaxındır həmin adla fəaliyyət göstərir: “Sanatoriya oranın rəhbərliyinin ya nəvələrindən, ya da qızlarından birinin adını daşıyır. Digər bir tərəfdən həmin obyektin ərazisində bir vaxtlar “Fatma nənənin təndiri” olub və qalıqları indi də qalmaqdadır”.

Məlumat üçün bildirək ki, Təhmasib İsayevin sosial şəbəkədəki açıqlamasından sonra, bəzi Masallı sakinləri öz paylaşımlarını siliblər. Lakin Xalid Quliyev adlı şəhər sakini bu iddiaların doğru olduğunu qeyd edib.

“MediaPost”

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
67 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...