“Ege Hospital”da incidilən Qarabağ qazisi vəfat etdi - FOTOLAR

 “Ege Hospital”da incidilən Qarabağ qazisi vəfat etdi -

Bir müddət əvvəl “Ege Hospital”da həkimlər tərəfindən incidilən 1-ci qrup Qarabağ qazisi Həsənov Rəhim Abbas oğlu vəfat edib.

Bu barədə Qaziler.az saytına “Qarabağ qaziləri” Birliyinin Ağdam filialının sədri Şamil Əbilov məlumat verib.

Qazimiz Bərdə rayonunun Küsərli kənd qəbiristanlığında dəfn edilib. Dəfndə R.Abbasovun yaxınları, qazi qardaşları iştirak edib.

R.Həsənov 1968-ci ildə Ağdam rayonu Kosalı kəndində anadan olub. 708 saylı hərbi hissənin tərkibində Ağdam-Ağdərə istiqamətlərində döyüşən qazimiz bir ayağını cəbhədə itirib. Son zamanlar ağır ürək əməliyyatı keçirib. Hər iki böyrəyi fəaliyyətini itirmişdi. Sağ qalan ayağında isə çürümə gedirdi. Bir müddət əvvəl “Ege Hospital”da həkim tərəfindən aldadılaraq ayağında uğursuz əməliyyat aparılmışdır və bunun müqabilində qazidən 3212 manat alınmışdır. Həmin pulu qazimiz bankdan kredit götürüb vermişdi. “Qarabağ qaziləri” birliyi müdaxilə edəndən sonra qazinin pulu tam şəkildə özünə geri qaytarılıb.

Qarabağ qazisi köçkün kimi Bərdə rayonunun Qarayusifli kəndində məskunlaşmışdı. İki övladı yadigar qalıb.


 “Ege Hospital”da incidilən Qarabağ qazisi vəfat etdi -
 “Ege Hospital”da incidilən Qarabağ qazisi vəfat etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
429 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...