Anar Mahmudovun vəkilindən Aşurovlarla qohumluq barədə - Açıqlama

Anar Mahmudovun vəkilindən Aşurovlarla qohumluq barədə -
Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinin milyonçu Aslan Aşurovla qohumluq əlaqələrinə aydınlıq gətirilib.

Son günlər gündəmə gəlmiş məsələ ilə bağlı ailə üzvlərinin vəkili Cavid Rzazadə ilə telefon əlaqəsi yaradaraq məsələyə aydınlıq gətirməyə çalışdıq.

Vəkil C. Rzazadə "Qafqazinfo"nun sualına cavabında ailənin Aslan Aşurovla qohumluq əlaqələrini təsdiqləyib:

"Bəli, sabiq nazirin övladları milyonçu Hacı Aslan Aşurovun nəvəsinin nəvələridir. Bu qohumluq dolayı yolla deyil, birbaşa Aslan Aşurova bağlıdır. Anar müəllim, Xuraman xanım və Nərgiz xanımın anası Tahirə Mahmudovanın atası Azər Məlikov Aslan Aşurovun nəvəsidir. Yəni, Anar müəllim, Xuraman xanım və Nərgiz xanım milyonçu Aslan Aşurovun kötücələridir. Aşurovlar nəsli haqqında dərc olunmuş kitabda da Azər Məlikov haqda qeydlər var”.
Anar Mahmudovun vəkilindən Aşurovlarla qohumluq barədə -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
73 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...