Keçmiş oliqarxların, Zülfüqarlı qardaşlarının ailəsində nə baş verir? həbs edilən var

Keçmiş oliqarxların, Zülfüqarlı qardaşlarının ailəsində nə baş verir?
Azərbaycanda keçmiş oliqarxın kürəkəni həbs edildi. Zülfüqarlı qardaşlarından biri, Bakı Poladtökmə Zavodunun keçmiş sahiblərindən olan oliqarxın kürəkəni Elçin İsmayıl həbs edilib.

İyunun 4-də axşam saatlarında Sabunçu Rayon Məhkəməsi E.İsmayılın iki ay müddətinə inzibati həbsi barədə qərar çıxarıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

E.İsmayıl İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə ittiham olunur.

Əldə edilən məlumata görə, onun tutulmağına səbəb Sabunçu rayonunda baş verən hadisə olub. E.İsmayıl avtomobilinə əyləşən zaman tanımadığı adam onun yolunu kəsib. Onların arasında mübahisə yaranıb. Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları onlara yaxınlaşaraq, E.İsmayılı saxlayıblar. O, sözügedən ərazinin 13-cü Polis Bölməsinə aparılıb. Onun barəsində inzibati protokol tərtib edilib.

Saxlanılan iş adamına yaxın mənbə həbsin arxasında E.İsmayılın qayınatası Loğman Zülfüqarlının dayandığını bildirib. Artıq bir müddətdir ki, onların aralarında ailə münaqişəsi yaşanır. E.İsmayıl keçmiş oliqarxın qızından boşanmaq niyyətində olub, lakin Zülfüqarlı bu fikrə qarşı çıxıb. Vaxt keçdikcə vəziyyət dəyişib və Bakı Poladtökmə Zavodunun keçmiş sahibi kürəkəninin arvadından boşanmasını tələb edib. E.İsmayıl buna yalnız oğlunun onun himayəsinə veriləcəyi təqdirdə razılaşacağını bildirib.

“Bu səbəbdən L.Zülfüqarlı kürəkəninin həbs olunmasına təşəbbüs göstərdi”, - deyə mənbə bildirib.

Zülfüqarlı qardaşları əvvəllər Bakı Poladtökmə, “Bakelektroştamp” zavodları və bir sıra daşınmaz obyektlərin sahibi olublar. 2006-cı ildə isə onlara böyük qazanc gətirən müəssisələri başqa şəxslər alıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...