”TƏBİB gələndən sonra dərmanlarımı ala bilmirəm” ŞİKAYƏT

”TƏBİB gələndən sonra dərmanlarımı ala bilmirəm”
Kanal32.az xəbər verir ki,Mingəçevirdə yaşayan Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil səhhətində yaranan ciddi problemdən və aidiyyatı qurumların biganə münasibəti ilə bağlı redaksiyamıza müraciət edib.3 il erməni əsirliyində olan qazi İlham Həmidovun sözlərinə görə, ilin 9 ayını xəstəxanada keçirir.Son 24 ayda isə səhhətinin ağırlaşması səbəbindən qazi ancaq iynə-dərmanların hesabına yaşayır.

Çarəsiz vəziyyətə olan İlham Həmidov deyir ki, istifadə etdiyi dərmanlar çox bahalı olduğuna görə o,maddi imkansızlıqdan bu dərmanları ala bilmir. Bir müddət öncə nazirliyin vasitəsi ilə Mingəçevir şəhər Xəstəxanası, daha sonra isə tətbiq edilən İcbari Tibbi Sığorta çərçivəsində qazi dərmanlarla təmin edilib.

Dediyinə görə TƏBİB yaradıldıqdan sonra ona dərmanlar verilmir.Bu da xəstənin vəziyyətində ağırlaşmaya səbəb olub.İlham Həmidov bizimlə söhbətində onu da vurğulayıb ki,şiddətli ağrıları tutanda dərhal təcili yardım çağırılır.Lakin təcili yardımın ona vurduğu iynələr onun ağrılarını kəsmir,əksinə vurulan ağrıkəsicilərdən sonra vəziyyəti daha da pisləşir.Hətta,elə olur ki, 1 gündə 4 dəfə təcili yardım gəlir.Bütün bunlardan sonra suallar yaranır.Kimdir günahkar, İcbari Tibbi Sığorta,yoxsa TƏBİB? Bəlkə Mingəçevir xəstəxanası isə öz vəzifəsini yerinə yetirmək əvəzinə günahlarını TƏBİB-in üzərinə atır…?

Şikayətçinin əsas narazılığı TƏBİB-dən olduğu üçün redaksiya olaraq suallara cavab almaq məqsədi ilə TƏBİB-in Mətbuat katibi Rəvanə Əliyevaya bir neçə dəfə zəng etsək də,telefonu cavab vermədi…Yəqin həmkarımızın işləri laaaap çoxdurrrrr…(!?)

Qarabağ əlilinin videomüraciətini təqdim edirik:


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
342 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...