"Aqrolizinq"də yoxa çıxan 32 min gübrə - kimlər öz sərvətini yemləyib?

"Aqrolizinq"də yoxa çıxan 32 min gübrə -

“Aqrolizinq” ASC iyulun 29-da mineral gübrələrin alınması üçün növbəti müqavilələr imzalayıb. Bu dəfə ümumilkdə 32 min ton gübrə alınıb.

Gundeminfo.az xəbər verir ki, Aqrolizinq-n məlumatına görə, müqavilələr “Agro TT” və “Ş.A.R. Aqro” şirkətlərinə verilib. Dövlət satınalmalarının vahid elektron portalına əsasən, “Agro TT” QSC 20 min ton ammonium nitrat və 7 min ton nitroammofoska mineral gübrələrinin, “Ş.A.R. Aqro” MMC 5 min ton ammofos mineral gübrəsinin satınalınması barədə müqavilə əldə edib. Şirkətlərə verilən müqavilələrin dəyəri müvafiq olaraq 14 mln. 184 min və 4 mln. 505 min manat olub. Ammofos gübrəsinin bir tonu 901 manata alınıb, eynilə bu qiymətə ötən il “Azfar Trans” MMC ilə müqavilə imzalanıb.
Ötən il Aqrolizinq “Azfar Trans” şirkətindən 40 min ton ammofos gübrəsi (müqavilənin dəyəri 36 mln. 40 min manat) və “Ş.A.R. Aqro” MMC-dən 20 min ton nitroammofoska gübrəsi (13 mln. 440 manat) alıb. 2019-cu ilin dekabr ayında “Agro TT” QSC “Aqrolizinq”dən təkliflər sorğusu yolu ilə 30 min ton ammonium nitrat mineral gübrənin (14 mln. 280 min manat) satınalınması barədə müqavilə əldə edib.

Mineral gübrələrin alınması zamanı “Aqrolizinq” ASC təkliflər sorğusu üsulu tətbiq edir. Maraqlıdır ki, bu metodun istifadəsi əvvəlcədən məlum olan malların alınmasına şamil edilmir.

“Dövlət satınalmaları haqqında” AR Qanununa əsasən, satınalan təşkilat satınalma ehtiyaclarını ödəmək məqsədilə uyğun qərarı vermək üçün malların (iş və xidmətlərin) müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilmədiyi təqdirdə təkliflər sorğusu metodundan istifadə etməyə icazə verilir. Bu üsul, satınalan təşkilat elmi tədqiqat, təcrübə və ya araşdırma üçün razılaşma əldə etmək niyyətində olduqda da istifadə olunur.

Qanunvericilik təkliflər sorğusu metodundan daha bir vəziyyətdə – qabaqcadan görmək mümkün olmayan situasiyada malların (iş və xidmətlərin) satın alınmasına təcili ehtiyac yarandıqda istifadəsinə imkan verir.
Ancaq yuxarıda qeyd olunduğu kimi, “Aqrolizinq” ASC konkret tərkibli mineral gübrələrin planlı satınalınmasını həyata keçirir.

2007-ci ildən Azərbaycanda mineral gübrələr fermerlərə və kənd təsərrüatı müəssisələrinə güzəştli qiymətlərlə satılır. Hazırda gübrələrin 70%-in qiyməti dövlər büdcəsindən subsidiyalaşdırlır. (Turan)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
379 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...