“Deyir ki, məsələnin hərbi həlli yoxdur. Kim deyir ki, yoxdur?” - İlham Əliyev

 “Deyir ki, məsələnin hərbi həlli yoxdur. Kim deyir ki, yoxdur?” -

“ATƏT-in Minsk qrupu bizi vəziyyətlə barışmağa sürükləyirdi ki, yeni reallıqlar yaranıb, siz də reallıqlarla hesablaşmalısınız. Biz yeni reallıq yaratmışıq. Hər kəs yeni reallıqla hesablaşmalıdır”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

“Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir?! Azərbaycana nə qədər böyük təzyiq göstərilir?! Hər tərəfdən əl-ayağa düşdülər. Bəs nə oldu? 28 il süründürə-süründürə bu məsələni elə bil həll edirdiniz.

Gəlib-getmək, orada görüş, burada danışıqlar... Yığılmışıq bu danışıqlardan. Nə qədər bu düşmənlə danışıqlar aparmaq olar? Düşmən harınlaşır, azğınlaışır, qudurur və bizə deyir ki, bu məsələnin həlli, hərb yolu ilə yox, ancaq sülh yolu ilə mümkündür.

Kim deyir ki, yoxdur? İndi məsələnin hərb variantı deyilmi? Biz indi BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Təkbaşına biz icra edirik. Biz yeni reallıq yaratmışıq, hesablaşın!”, - deyə prezident bildirib.

İ.Əliyev qeyd edib ki, onların bütün fəaliyyəti indi Ermənistanı xilas etməkdir:

“Təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budurmu fəaliyyət? Bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyüş meydanında əldə edilən uğurlar danışıqlar masasında da yeni reallıq yaradıb”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
60 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...