Bərdədə 20 Yanvar abidəsi niyə sökülüb? – İcra Hakimiyyətindən açıqlama: “Onu başçı bilir” + FOTOLAR
Sosial şəbəkələrdə Bərdə rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin sökülməsi ilə bağlı iddialar və bunu əks etdirən görüntülər yayılıb.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Bərdə Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Rauf Rzayev bildirib ki, sözügedən abidə başqa ünvanda yenisi ilə əvəzlənib və bu yeni hal deyil:
“Bərdədə Qəhrəmanlar Parkı deyilən yer var. Həmin ərazidə “Əbədi məşəl” abidəsi ucaldılıb. Təxminən, 2012-2013-cü ildən hər il 20 Yanvar faiciəsinin qurbanları orada yad edilir. Köhnə 20 Yanvar abidəsi isə Heydər Əliyev prospekti ilə üzbəüz idi. Qəhrəmanlar Parkındakı 20 Yanvar abidəsi əvvəlkindən fərqli dizayn olunub”.
Sektor müdirindən bu dəyişikliyin səbəbini də soruşduq, lakin o, bunun səbəbini bilmədiyini dedi. R. Rzayev məsələ ilə bağlı başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskayaya müraciət etməyimizi istədi.
F. Şadlinskayanın isə cavabı isə belə oldu: “Onu başçı bilir”.
İcra hakimiyyətinin başçısı Vidadi İsayev ilə də əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı.
Sökülmüş 20 Yanvar abidəsinin qalıqlarının sosial şəbəkələrdə yayılmış fotolarını təqdim edirik:
357 dəfə oxundu