Rövşən Rzayevin müdhiş "islahat"ı idarələr ləğv edilir, yeniləri yaradılır, şəbələrin adı dəyişir

Rövşən Rzayevin müdhiş "islahat"ı


Deməli Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində islahat aparılıb. Rəsmi yayılan xəbərdə deyirlər ki, səmərəliliyini artırmaq məqsədilə strukturda islahat aparılıb. İndi diqqət edin görün islahat nə islahat?...
- Komitənin “Hüquq” və “İnsan resursları” sektorları ləğv edilib, onların bazasında “Hüquq və kadrlar” şöbəsi yaradılıb.
- “Miqrasiya, məşğulluq və status” şöbəsi “Regional idarəetmə və status” şöbəsi ilə əvəzlənib.
- “İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə” şöbəsinin “İnformasiya texnologiyaları” və “Elektron idarəetmə” sektorları birləşdirilib.
- Əvəzində bir sektoru ikiyə bölüblər. “Sosial təminat və kommunal xidmətlər” şöbəsinin tərkibindəki “Sosial təminat və kommunal xidmətlər” sektorunun əvəzinə hər iki istiqamət üzrə iki ayrı sektor təşkil edilib.
- Təzə iş yeri də yaradıblar - Komitədə aparatın tərkibində yeni – “Monitorinq” şöbəsi yaradılıb.
Və nəticə etibarilə nə baş verib? Aparat işçilərinin sayı 88 nəfərə qədər artırılıb. Bu rəsmi olaraq komitə tərəfindən yayılıb və cəmiyyətə komitədə islahat kimi təqdim olunub. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra ümumiyyətlə "Qaçqınkom"un ləğvi müzakirə edilirdi. Məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtma məsələsi gündəmdə idi. Dövlət büdcəsindən 2.1 milyard manat azad edilən ərazilərimizin bərpası üçün vəsait ayrıldı. Elə bu xəbər yayıldığı bir vaxtda "Qaçqınkom" tez-tələsik məcburi köçkünlər üçün Bakı və ətraf rayonlarda mənzillər inşa edəcək şirkətləri qalib elan edib. 2020-ci ilin dekabrında açıqlanan tenderin yekunları barədə rəsmi məlumatlar da yayılıb. Büdcə vəsaiti də sərf edilib.

Gundeminfo.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Razi Abasbəyli bildirib. Ekspert komitəyə ünvanlanan bir sıra açıq suallara da cavab ala bilmədiyini dilə gətirib.

- Yəni artıq 7 milyon manata yaxın vəsait ayrılıb və məcburi köçkünlərə mənzillər inşa ediləcək. Özü də Bakıda. Bəs o zaman dövlət başçısının məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması ilə bağlı çıxışları, bu günlərdə imzaladığı hüquqi sənədlər nə deyir? Axı azad edilən torpaqlara qayıdış üçün mühim dövlət proqramları, hüquqi aktlar qəbul olunub, büdcə vəsaitləri ayrılıb. 3 aydan çoxdur ki, "Qaçqınkom"dan bu tenderlə bağlı heç bir cavab, açıqlama yoxdur. Ləğv edildimi o tender, icra olunacaqmı? Məcburi köçkünlərə ev tikintisi niyə Bakı və ətraf rayonlarda aparılır? Və sair bu suallar açıqdır. Azərbaycan ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mühim bir tarixi qələbəyə nail olub. Torpaqlarımız azad olunub. Amma "Qaçqınkom"da "islahat" aparılır. Aparat işçilərinin sayı artılır, şöbələr ləğv edilib, sektorlar bölünür şöbələr yaradılır. Hələ heç kim anlamır ki, bu "islahatlar" o Dövlət Komitəsində işin səmərəliliyini necə artıracaq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
433 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...