Vidadi İsayevin yaxın adamının həbs səbəbi: Bərdə başçısı təşvişdə...

Vidadi İsayevin yaxın adamının həbs səbəbi:

Bərdədə 105 saylı Texniki Peşə Liseyinin direktoru Şamil Şükürovun həbsi ilə bağlı sensasion məlumatlar əldə etmişik. Anaxeber.info-ya daxil olan məlumata görə, Ş.Şükürov Bərdə rayon icra başçısı Vidadi İsayevlə yaxın əlaqələrə malik olub.

Rayonda lisey direktorunu icra başçısının adamı kimi tanıyırlar. Məlumatlı mənbənin iddialarına görə, peşə liseyinin rəhbəri V.İsayevin tez-tez tələblərinə boyun əyməli olub. Bildirilir ki, icra başçısı rayonda görülən işlər, tikinti-təmir məsələləri üçün Ş.Şükürovdan pul istəyirmiş. Son dövrlərdə V.İsayevin ondan qeyri-rəsmi şəkildə maliyyə tələbləri artdığı üçün Ş.Şükürovun boğaza yığılıbmış, narazılıq edirmiş. Hətta yaxın çevrəsində giley-güzarını bildirirmiş, icra başçısının onu təngə gətirdiyini, intihar həddinə çatırdığını söyləyirmiş.

İddialara görə, fevralın 25-də keçirilən əməliyyat zamanı saxlanılan lisey direktoru korrupsiyada ittiham edilsə də, istintaqa ifadəsində bir sıra məsələlərin üstünü açıb. Ş.Şükürov mənimsəmələrdə tək özünün əli olmadığını istintaqa söyləyib. Bu baxımdan V.İsayevin də istintaq prosesinə cəlb ediləcəyi, ifadəsinin alınacağı gözlənilir. Gələn xəbərlərə görə, Bərdə icra başçısı yaxın adamının həbsindən möhkəm narahat olub, təşviş içindədir.

O, Şükürova minnətçi göndərməyə, cinayət işindən təmiz çıxmağa hazırlaşır. Lakin rayonda gedən özbaşınalıqlarla bağlı lisey direktoru istintaqa bütün faktları açıqlasa, icra başçısının vəziyyəti yaxşı olmayacaq. İstintaqın gedişi və rayondakı son vəziyyətlə bağlı ətraflı məlumatlar əldə etməyə çalışırıq, yaxın vaxtlarda həbs barədə əlavə informasiyalar verəcəyik.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
694 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...