YAP-da qurultay müəmması - Partiya üzvlərdən xəbərsiz yenilənir?

YAP-da qurultay müəmması -

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu həftə qurultayının keçiriləcəyi barədə məlumatlar təşkilatın üzvlərinin təəccübünə səbəb olub.

HİT.Az xəbər verir ki, YAP-ın tanınmış simaları qurultay keçiriləcəyi barədə hər hansı məlumata malik olmadığını deyirlər. Doğrudur, xəbərlərdə qurultay qərarının gizli saxlanıldığı deyilir. Ancaq partiyanın əsas simaları deyir ki, istənilən halda belə bir qərar olsaydı, onlara məlumat verilərdi.

Partiyanın Siyasi Şurasının üzvü, YAP-ın qurucularından hesab edilən Musa Musayev HİT.Az- abildirib ki, qurultay barədə bundan əvvəl də xəbərlər yayılıb. Lakin təsdiqini tapmayıb. "Açığı, yenə də bu barədə hər hansı məlumatım yoxdur. Əgər qurultay keçirilsəydi, məlumatım olardı. Özü də tədbirin bu həftə keçiriləcəyi bildirilir. Belə bir şey olsaydı, mütləq xəbər verərdilər”, - deyə Musa Musayev bildirib.

Bununla belə, YAP-ın qurultayı barədə məlumatları təsadüfi saymaq doğru olmazdı. Hakim partiyada islahatların qaçılmaz olduğu barədə hələ bir neçə il əvvəl danışırdılar. Özü də bu məsələni gündəmə gətirənlər YAP-ın yaradılmasında rolu olanlardır. Görünür, hakimiyyət komandasında islahatçı qanadla "köhnə qvardiya” arasında gedən mübarizə YAP-a da sirayət edib.

Nəzərə alsaq ki, hakim partiyada "köhnə qvardiya” üstünlük təşkil edir, o zaman YAP-ın yenilənməsinə hazırlıq getdiyi barədə məlumatların heç də əsassız olmadığı qənaəti yaranır. Ancaq bunun gizli saxlanılması bir qədər təəccüblü görünür. Bəzi analitiklər hesab edir ki, məxfilik "köhnə qvardiya”nın preventiv tədbirlər görməsini əngəlləmək üçün düşünülə bilər. Bu versiya ağlabatn görünmür. Çünki YAP-ın rəhbərliyi daha çox "köhnə qvardiya”nın təmsilçilərindən ibarətdir. Bu halda partiya ilə bağlı hər hansı qərarın verilməsindən onların xəbəri olmaya bilməz. Yaxud da belə deyək, YAP-la bağlı hər hansı addımı onlardan gizli saxlamaq sadəcə mümkün deyil. Hər halda yaxın vaxtlarda YAP-la bağlı müəmmalara aydınlıq gətiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...