“Elşad Abdullayev universiteti ermənilərə 60 milyon dollara satmaq istəyib” — SENSASİON FAKTLAR

KONKRET.az-a belə bir sensasion açıqlama ilə Rusiyada yaşayan Azərbaycanlı iş adamı Fuad Rzayev çıxış edib. O bildirib ki, hazırda Azərbaycanın Təhsil Nazirliyi bu universitetə sahib çıxmaq istəmir. Rusiya dövləti isə təhsil müəssisəsini sökmək niyyətindədir. Bu haqda qərar artıq qəbul edilib: “Rusiya Baş Prokurorluğu Azərbaycan tərəfinə yazaraq Elşad Abdullayevin beynəlxalq axtarışa (İnterpol) verilmədiyini bildirib. Yazırlar ki, Azərbaycanın Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Elşad Abdullayev beynəlxalq axtarışa verilib. Lakin Rusiya Baş Prokurorluğu bunun yalan olduğunu iddia edir.
Bu fikiri onunla əsaslandırırlar ki, İnterpol xətti ilə axtarılan Elşad Abdullayev Fransada siyasi mühacirətdədir. Elə İnterpolun baş ofisi də Fransada yerləşir. Necə olur ki, İnterpol bu şəxsi həbs edə bilmir? Elşad Abdullayev özü də etiraf edir ki, İnterpol əməkdaşları ilə Fransada kef məclislərindədir və onu heç kim həbs etmək niyyətində deyil”.
615 dəfə oxundu