Səfər Mehdiyev "Broker Əbülfəz"lə yollarını ayırır? Elton Məmmədov kərə yağı bazarından çıxarılıb?

Səfər Mehdiyev "Broker Əbülfəz"lə yollarını ayırır?
[/center]Dövlət Gömrük Komitəsi “Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə inzibati protokol tərtib edib.

“Report” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Səfər Mehdiyev "Broker Əbülfəz"lə yollarını ayırır?

Qeyd edək ki, 1999-cu ildə təsis edilən “Delta Qrup C.O.” MMC “ “Anchor”, “Doyaruşka” (“Доярушка”), “Ammerlander”, “Gut von Holstein”, “Tibet” və s. məhsulların
Azərbaycanda rəsmi distributorudur, həmçinin “DonMasloProduct" şirkətinin "Zolotoya Maslenitsa" markasının “Molkerei Ammerland” şirkətinə məxsus “Mühlenhof” markasının və Belarusiya Respublikasının «Слодыч» markasının Azərbaycanda rəsmi nümayəndəliyini alıb.

"Delta Qrup C.O." MMC 1999-cu ildə təsis edilsə də, bu şirkət haqqında demək olar ki, elə də geniş məlumat verilmir. Belə ki, adıçəkilən MMC-nin rəsmi saytı olan delta-group.az-da müəssisənin hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutduğu, yarandığı tarixdən etibarən məhsulları dünya səviyyəsində tanınan şirkətlərlə əməkdaşlıq etdiyi, çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 850 nəfər işçi qüvvəsi ilə çalışdığı qeyd olunsa da, "Delta Qrup C.O." MMC-nin rəhbərliyi haqda bir cümlə belə, məlumat verilmir.

Əsas fəaliyyət sahəsinə yerli istehsalat və distribusiya (dağıtım) aid olduğu deyilsə də, nədənsə MMC-nin səhmdarları və ya təsisçiləri barədə məlumatlar gizlədilir. Maraqlıdır, görəsən niyə? Əgər "Delta Qrup C.O." MMC həqiqətən də deyildiyi kimi, ölkə bazarında əhəmiyyətli yerə sahibdirsə və istehsal etdiyi, o cümlədən idxal etdiyi məhsulların keyfiyyətinə tam zəmanət verirsə, o zaman nədən adıçəkilən şirkətin rəhbərliyi ilə bağlı delta-group.az saytında heç bir informasiya yoxdur? Təbii ki, bu amil həm "Delta Qrup C.O." MMC, həm onun rəhbərliyi, həm də əhaliyə təqdim etdiyi məhsullarla bağlı çoxlarında ciddi şübhələrin yaranmasına səbəb olur.

Bu arada, onu da qeyd edək ki, "Delta Qrup C.O." MMC ölkəyə kərə yağı idxal edən iri şirkətlərdən biridir. Heç kimə sirr deyil ki, bu gün müxtəlif dükan və marketlərdə satışa çıxarılan kərə yağlarının böyük əksəriyyətinin keyfiyyəti, hazırlanma və saxlanma şəraiti standartlara cavab vermir, ştrixkodları (barkod) düzgün vurulmur. Kərə yağından söz düşmüşkən, bir məsələni də diqqətinizə çatdırmalıyıq ki, Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Bu biznes sahəsinin isə "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun inhisarında olduğu deyilir.

Bu mövzuyla bağlı ölkə mediasında kifayət qədər araşdırmalar yer alıb. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən uzun müddətdir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə yaxın dostluq əlaqəsi qura bilən Əbülfəz Məlikov son bir neçə ay ərzində komitə sədri ilə görüşə bilmir. Mənbəmizin məlumatına əsasən Əbülfəz Məlikov "gömrüyün ağır günlərində" Səfər Mehdiyevə dəstək olmaqdan imtina edib. S.Mehdiyev ilin birinci rübü üçün hesabatların yekunlaşdırılması üçün ondan "kömək" istəsə də. ikinci məbləğin çox böyük olduğunu əsas gətirərək bundan imtina edib. Nəticə etibarilə də, uzun illərdir ki, heç bir problem yaşamadan Azərbaycanın daxili bazarında əsas inhisarçı kimi fəaliyyət göstərən "Broker Əbülfəz" "qanunları pozmağa" baçlayıb və məhkəməyə verilib. Maraqlıdır ki, GUNDEMİNFO.AZ-a danişan mənbə yaxın günlərdə "Anchor" və "Doyaruşka" yağlarının sahibinin dəyişəcəyini iddia edir. Bilgi verən qaynaq iddia edir ki əslində daxili bazarda Mlikova məxsus iri bir kərə yağı markası artıq ondan alınıb. Qablaşdırılması və xarici görünüşü dəyişdirilən "Golden Cow" kərə yağlarının satışı başqa bir distrübeterə verilib.
Səfər Mehdiyev "Broker Əbülfəz"lə yollarını ayırır?

Onu da qeyd edək ki, Əbülfəz Məlikov sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun qardaşı ilə yaxın biznes əlaqələrində olub. Belə ki, 2019-cu ilin oktyabr ayında dövlət qeydiyyatına alınan və AZ1010, Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva ev.93-də yerləşir. Bu ünvanda isə həmçinin “Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti eyni ünvanda olan "Krosvey" MMC də olub. 13 milyon manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınan və “Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə eyni ünvanda yerləşən "Krosvey" MMC bir ay əvvəl ləğv edilib. "Krosvey"in sahibi isə Ziya Məmmədovun qardaşı Elton Məmmədov olduğu deyilir. Məlumatlara əsasən əslində 2019-cü uldən bəri "Borker Əbülfəz"lə eyni hüquqi ünvanda yerləşən "Krosvey" 2004-=cü ilin martın 1-də dövlət qeydiyyatından keçən Bakı XXI əsr MMC-nin adını dəyişməsi nəticəsində yaranıb. Rəsmi sənədlərdə Krosvey MMC-nin sahibinin təmsilçisi isə Cümşüd Nuru oğlu Bağırov göstərilir. O, vaxtilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərliyində təmsil olunub. MMC-nin gerçək sahibi isə Bakı XXI əsr MMC-nin sahibi - sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat, AMEA Rəyasət Heyəti aparatının işlər idarəsinin müdiri vəzifəsini tutan Elton Məmmədovdur. Deməli Ramiz Mehdiyevin sağ əli olan Elton Məmmədov kərə yağı bazarında özünə Əbülfəz Məlikov vasitəsilə pay almaq istəyib. Və əlbəttə ki, bu da Səfər Mehdiyevin xoşuna gələ bilməzdi.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Bütün tərəfləri dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
639 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...