Sabirabadda 2 şəhid evinə gedən baxımsız yol - Siraqəddin Cabbarov təmir pullarını hara xərcləyib?
Bura Sabirabad rayon Əli Kərim küçəsidir. Bu küçə rayonun Heydər Əliyev prospektinə çıxan, rayon mərkəzinin ən böyük küçələrindən biridir. Xeyli sayda insanın yaşadığı küçə dəhşətli dərəcədə acınacaqlı haldadır. Demək olar ki, keçilməz olan bu küçədə bir uşaq bağçası da yerləşir. Uzun illərdir ki, baxımsız halda olan Ə.Kərim küçəsinin sakinləri dəfələrlə rayon rəhbərliyinə müraciət etsələr də eyni cavabı alıblar - "vəsaitimiz yoxdur".
Sakinlər GUNDEMİNFO.AZ-a deyir ki, ümumiyyətlə küçəyə baxan, gəlib yerində tanış olan yoxdur. Yalnız ötən il Vətən Müharibəsi dövründə bir neçə məmur özlərinin bahalı Cipləri ilə gəliblər küçəyə. Səbəb isə Əli Kərim küçəsində böyüyüb boya-başa çatan iki vətən oğlunun canlarını fəda etmələri, şəhid olmaları olub. Əli Kərim küçəsində yaşayan şəhidlərimiz Nurlan Zeynalov və Bəhruz Əhmədovun ailələri də yolla bağlı İcra Hakimiyyətinə müraciət ediblər.
Şəhid Nurlan Zeynalov

Şəhid Bəhruz Əhmədov
Gundeminfo.az-a danışan yerli sakinlər deyir ki, icra başçısı Siraqəddin Cabbarov sakinlərə deyib ki, pandemiya bitənə qədər səbr edin, vəsait olsun yollar təmir ediləcək. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, iki şəhid ailəsinin yaşadığı ünvanla bağlıtəmir işlərini birbaşa İcra Hakimiyyəti aparmalıdır və bunun üçün rayona dövlət büdcəsindən vəsait da ayrılıb. Lakin icra başçısı 2021-ci ildə də yolu təmir etmək fikrində deyil, əcaba niyə?
Mövzu ilə bağlı Sabirabad rayonundan rəsmi mövqe öyrənmək mümkün olmadı. İcra Hakimiyyətindən bildirdilər ki, iş günü deyil və idarədə yalnız növbətçi şəxs olur və onun da belə suallara cavab vermək səlahiyyəti yoxdur.
1437 dəfə oxundu