Bakıda “Lamborghini” sürən gənc vəzifəli şəxsin oğludur - VİDEO

Bakıda “Lamborghini” sürən gənc vəzifəli şəxsin oğludur -

Etibar Qasımov “Alov” Mühafizə Xidmətinin Baş idarə rəisidir. “Alov-Mühafizə” MMC də “Riyad Mühafizə Xidməti” MMC-nin bazası əsasında yaradılıb...

Bakıda qiyməti milyon manatdan baha olan avtomobilin görüntüləri yayılıb.

Unikal.org həmin avtomobilin kimə məxsus olmasını araşdırıb. Belə ki, 99-NE-011 dövlət qeydiyyat nişanlı “Lamborghini Huracan” avtomobili Qasımov Etibar Ağahüseyn oğluna məxsusdur. Avtomobili isə etibarnamə ilə onun oğlu Ağahüseyn Qasımov idarə edir.

Qeyd edək ki, E.Qasımov “Alov” Mühafizə Xidmətinin Baş idarə rəisidir. “Alov-Mühafizə” MMC də “Riyad Mühafizə Xidməti” MMC-nin bazası əsasında yaradılıb.

Xatırladaq ki, 2009-cü ildə təsis olunan “Alov-Mühafizə” MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət idarələrinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz “Alov-Mühafizə” MMC qalib olur.

VİDEO BURADA



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
672 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...