“Şəhid atası başına su dama-dama öldü” – Partiya sədri icra başçısını tənqid ATƏŞİNƏ TUTDU...

Şəhid dəfninə getmir. Tovuz hadisələrində şəhid olan əsgərimizin atası 20 gündür ki, vəfat edib. Şəhid atası başına su dama-dama öldü. Efirdən də bar-bar bağırırdım ki, bu ailənin evinin dam örtüyünü təmir eləmək lazımdır. İndi həmin şəhidimizin anası naəlac qalıb. Şəhid ailəsi niyə Bakıya çıxmalıdır?”
Sfera.az xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı özünün "Facebook” səhifəsində bölüşdüyü videoda səsləndirib.
Partiya lideri əlavə edib ki, "Bu Seymurdan soruşmaq lazımdır ki, Ağstafada neçə nəfər şəhidin var ki, sən bunların vəziyyəti ilə maraqlanmağa çatdırmırsan?
İlk növbədə diqqət ayrılmalı ailəyə diqqət ayıra bilmirsə... Bu da gənc, bu da bu”, deyə partiya sədri Seymur Orucov haqqında fikirlərini bildirib.
Xatırladaq ki, Seymur Orucov 21 may 2020-ci ildən etibarən Ağstafa rayonunun icra başçısıdır. 2010-cu ildə "Tərəqqi” medalı ilə təltif olunan Seymur 2011-ci ildən 2021-ci ilin 11 mart tarixinədək Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri də olub.
532 dəfə oxundu