Özü məzara, ailəsi isə bu evə sığdı: Səhid ailəsindən müraciət - Fotolar

Özü məzara, ailəsi isə bu evə sığdı:

2015-ci ildə Füzuli rayonunun Alxanlı kəndində şəhid olan Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu Babaşov Nizami Şəmil oğlunun ailəsi acınacaqlı durumdadır.

Bu haqda “Yeni Sabah” mərhumun həyat yoldaşı Babşova Gülnar Tofiq qızı məlumat verib. O, bildirib ki, Nizami hərbi xidmətdə olduğu və maddi imkanı az olduğundan ailənin yaşaması üçün normal evi olmayıb. Füzuli rayonunun Araz-Zərgər kəndində çiy kərpicdən tikilmiş, fotolarda gördüyünüz evdə yaşamaq məcburiyyətində qalıblar:

“Nizami şəhid olandan sonra bir neçə il bu vəziyyətdə yaşadıq. Amma sonradan hər yağış yağdıqca ev daha da dağılmağa başladı və burada yaşamaq mümkün olmadı. İki azyaşlı uşaq var. Onları burada böyütmək mümkün deyildi. Ona görə də atamın himayəsində yaşamağa məcbur olmuşam. Amma bu həyət həyat yoldaşımın yurdudur. Orada ev tikilməsi üçün ölkə rəhbərliyinə, Mehriban xanım Əliyevaya müraciət edirəm ki, mənə kömək etsinlər”.

Özü məzara, ailəsi isə bu evə sığdı:
Özü məzara, ailəsi isə bu evə sığdı:
Özü məzara, ailəsi isə bu evə sığdı:
Özü məzara, ailəsi isə bu evə sığdı:
Özü məzara, ailəsi isə bu evə sığdı:
Özü məzara, ailəsi isə bu evə sığdı:
Özü məzara, ailəsi isə bu evə sığdı:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
353 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...