GİLEY: Buralara təbii qaz hələ gəlib çıxmayıb... - Sakinlər etiraz edir...

GİLEY: Buralara təbii qaz hələ gəlib çıxmayıb... -

İsmayıllı rayonu Kürdüvan və Xankəndi adlanan yaşayış məntəqəsində olduq. Basqal kəndi ilə bitişik olan bu kəndlərin saf havası, təmiz suyu və qonaqpərvər əhalisi var. Kəndlər meşələr ilə əhatələnmiş və zövq oxşayan mənzərə adamı Valeh edir. Ancaq təəssüf ki, bu kəndlərdə hələ də mavi yanacaq yoxdur. Əhali məcbur olub meşələrə üz tutmalı olur. Dövlət bu problemin çözülməsi istiqamətində tədbirlər görməlidir. Qeyd olunan məsələ ilə bağlı kənd sakinləri video-müsahibə veriblər. Həmin video-müsahibəni təqdim edirik.

İsmayıllıda hələ də qazı olmayan kəndlər var

Redaksiyadan: Yuxarıda qeyd etdiyimiz kəndlərin icra nümayəndələri və bələdiyyə sədrlərinin başı şəxsi maraqları üçün qarışıqdır. Adının çəkilməsini istəməyən kənd sakini bildirdi ki, qeyd edilən məmurlar yerində olmayan təsadüfi adamlardır. Bu haqda növbəti yazılarımızda bəhs edəcəyik. //azinfo.tv//




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...