Xəyalə Cəmilovanın Yujdaq İnstitunun diplomu ilə hakimlik etməsi qanunsuzdur? - ƏGƏR BELƏDİRSƏ...

Xəyalə Cəmilovanın Yujdaq İnstitunun diplomu ilə hakimlik etməsi qanunsuzdur? -
"Deputat Eldəniz Səlimovun xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq etməsi ilə deputatın diplomunun saxta olması, başqa sözlə Dağıstan Respublikasının ali təhsil müəssisələrinin diplomlarının ölkəmizdə tanınmaması ilə bağlı iddialar yayılıb. Bu məsələyə ikili yanaşmanın mövcud olduğunu deyə bilərik. Hətta qonşu respublikanın Yujdaq İnstitutunun məzunlarının məhkəmə - hüquq sistemində, Vəkillər Kollegiyasında, təhsil müəssisələrində çalışmaları barədə yetərincə faktlar var". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Başına gələn başmaqçı olar , deyib atalarımız, 4 ay qabaq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri və məruzəçi hakimi Xəyalə xanım Cəmilova olan Namiq Cəfərov və Vahid Sadıqovdan ibarət üçlüyü bu səfirlərinin yazarının DİN-ə qarşı iddiası üzrə iddiaçının vəsatətlərini, izahatlarını , sübutlarını araşdırmaqdan imtina edərək, hətta danışmasına belə qadağa qoyub. Cavabdeh DİN-in vəkili Əlirza Həbilovun, onun özü ilə gətirdiyi 3-cü şəxs ƏƏSMN-in tabeliyində DSMF-in nümayəndəsi Munir Həsənovun isə etibarnamələri olmadan iştiraklarına “yaşıl işıq” yandıraraq özünü cavabdehin vəkili kimi aparıb. Təsəvvür edin, digər iki hakim Mülki Kollegiyanın hakimləri olduğu halda inzibati işə hakim təyin olunublar və hələ də 4 aydır qəbul edilən qərardadlarını verməkdən kəsinliklə imtina edirlər. Belə peşəkar qeyri-ptosessuallığın savadsızlıqla bağlı olduğunu “ e-məhkəmə” portalı ortaya qoyur. Heç demə, xanım Xəyalə Cəmilova 2000-ci ildə Rusiya Federasiyası Dağıstan Respublikasının Yujdaq İnstitutunun hüquq diplomuna yiyələnib. 1997-ci ildən məhkəmə sistemində çalışan xanımın tanınmayan diplomla necə məhkəmə hakimi olması qaranlıqdır. Belə çıxır , Təhsil Nazirliyi ayrı-seçkilik edir , kiminsə diplomunu tanıyır , kiminsə yox? ! Lap belə olsun, əyalət diplomlu şəxs necə məhkəmə hakimi, özü də apellyasiya instansiyanın hakimi təyin olunub? “Peşəkarlığına” görə, yəqin bir azdan ali instansiyaya təyinat alacaq. Görəsən, Dövlət İmtahan Mərkəzinin, hakimlərin seçki komissiyasının testindən necə keçir belə hakimlər?

Onu da vurğulayaq ki, 1997-ci ildə sözügedən Yujdaq İnstitutunun biologiya və kimya fakültəsini bitirən Balakən rayonunun Qullar 3 saylı məktəbinin biologiya müəlliminin diplomunu tanımayan Təhsil Nazirliyinə qarşı iddiasını Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin inzibati kollegiyaları təmin etməyib. (Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər Kəmaləddin Bədəlov, Nigar Rəsulbəyova və İlqar Hüseynov) 13.10.2020 tarixli 2-1 (102)-1935 /2020 saylı Qərarı elektron məhkəmə portalına adsızlaşdırmaqla yerləşdirilib) . Fikir verin, Bakı Apellyasiya Məhkəməsinin “Yujdaq diplomlu” hakimi Qarabağ qazisinin iddiasını mümkün saymır ki, Şəki İnzibati Məhkəməsinin işə mahiyyəti üzrə baxmayan saxta qərardadı iddianı mümkün saymamağa hüquqi presedent yaradır ! (?) Gerçəkdə Ali Məhkəmənin 13.10.2020 tarixli qərarı Xəyalə Cəmilovanın “Yujdaq diplomu”nun tanınmamasına hüquqi presedent kimi tətbiq edilə bilər. Tətbiq edən olsa. ..

Bizim günümüzə bax, deputat , hakim saxta diplomla taleyimizi çözür!"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1004 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...