AMEA-dan Bakıdakı "sirli ünvana" bu dəfə 15 min manat "getdi" – Müəmmalı Tender

AMEA-dan Bakıdakı "sirli ünvana" bu dəfə 15 min manat "getdi" –

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnistitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Unieffekt Az Ltd” MMC olub.

AMEA İnformasiya Texnologiyaları İnistitutu mətbəə malları üçün “Unieffekt Az Ltd” MMC-yə 14 min 952 manat 90 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, AMEA İnformasiya Texnologiyaları İnistitutuna mətbəə malları satacaq “Unieffekt Az Ltd” MMC cəmi 7 ay əvvəl – 11.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 10 manat olan “Unieffekt Az Ltd” MMC-nin hüquqi ünvanı “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B”də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Cavid Yaqub oğludur.

Maraqlı məqamlardan biri də odur ki, “Unieffekt Az Ltd” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda fevral ayının 11-də daha 3 şirkət qeydiyyata alınıb və bu şirkətlərin qanuni təmsilçiləri də Məmmədov Cavid Yaqub oğlu olub.

Bundan başqa “Unieffekt Az Ltd” MMC ilə birgə “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında onlarla şirkət qeydiyyata alınıb və onların bir çoxunun qanuni təmsilçiləri eyni şəxslər olub. “Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında qeydə alınan MMC-lərin adlarındakı uyğunluq (“Az Ltd”, “Tk”, “Grup”, “Company” və s.) onlar arasında hansısa əlaqənin olduğunu göstərir.

Yeri gəlmişkən qeyd edək ki, bu ilin aprel ayında Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu “Məsafədən zondlama üsul və vasitələrinin neft qaz sənayesində yaranan ekoloji və nasazlıq problemlərinin həll edilməsində tətbiqi məsələləri” mövzusunda elmi-tədqiqat işi üçün “Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında qeydə alınan şirkətlərdən birinə - “Elson Az” MMC-yə 24 min 900 manat ödəyib.

Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu üçün elmi-tədqiqat işi aparacaq “Elson AZ” MMC cəmi 3 ay əvvəl – 11.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Bu ilin iyul ayında isə AMEA Fizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında qeydə alınan “Felon Ascompany” MMC olub.
AMEA-dan Bakıdakı "sirli ünvana" bu dəfə 15 min manat "getdi" –

“Felon Ascompany” MMC AMEA Fizika İnstitutuna istehlakyönlü müxtəlif xidmətlər (laboratoriya qazlarının 99,999% keyfiyyətdə dolumu, yanğınsöndürmə balonlarının dolumu, katriclərin dolumu) təqdim edəcək və göstəriləcək xidmətlər üçün AMEA-dan 19 min 91 manat 50 qəpik alacaq.

Onu da qeyd edək ki, ötən həftə Hesablama Palatası AMEA Fizika İnstitutunda dövlət satınalmalarının keçirilməsi zamanı yol verilmiş nöqsanlar barədə açıqlma yayıb.
Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...