Ağdamda sahibkarlara KİM PROBLEM YARADIR? – NARAZILIQ!

Ağdamda sahibkarlara KİM PROBLEM YARADIR? –
Ağdam rayonunun Mexaniki Suvarma İdarəsi (MSİ) sakinlərin “Div”inə çevrilib.

Bu əsnada əldə etdiyimiz məlumata görə, Mexaniki Suvarma İdarəsinin acgözlüyü, hər şeydən pul çıxarma sevdası sahibkarlara ciddi ziyan vurub.
Belə ki, artezian quyularının motorları xarab olduqda bəzən bir neçə həftə təmirdə qalır və beləcə məhsullar susuzluqdan yanır.

Ağdam rayon Alıbəyli kənd sakinlərinin sözlərinə görə, artezianların motorları işləməkdən daha çox təmirdə qalıb. Sakinər bildirir ki, yay aylarında artezianın motoru birinci dəfə 19, ikinci dəfə 11, üçüncü dəfə 7 gün təmirdə qalıb. Artezianın motoru yenə yanıb. İdarədən bildiriblər ki, motorun istismar müddəti bitib.

Alıbəyli kənd sakini Elməddin Cəfərovun sözlərinə görə, 4 hektar torpağı qurumun məsuliyyətsizliyi üzündən suvarmaya həsrət qalıb:

“Dövlət qurumu motoru pulla verir. Deyirlər ki, motor istismarı başa vurub. Yenisini tələb edəndə isə pul istəyirlər. İdarənin işçiləri 1200 manat pul istəyir. Bunu dövlət qurumlarına şikayət edəndə isə məhkəmə ilə hədələyirlər ki, yalan danışırıq. Sübut, fakt istəyirlər. Pulu bizdən kağıza yazıb istəmirlər. Bundan sonra hər danışdığımız adamın səsin yazıb, videosunu çəkməliyik? Rayonda hər kəs bilir ki, motorlar pulla satılır. Motor yenə yanıb. Xəbər vermişik, deyirlər ki, kranın pulunu verin, gəlib aparaq. Ölkə rəhbərliyi qeyri-neft sektorunun inkişafına önəm verir. Məmurlar isə su vermir. Əkdiyimiz məhsullar batır. Kredit götürüb, xərc çəkirik ki, qazanaq, əksinə ziyana düşürük. Dərdimizi kimə deyək, bilmirik”.

Rayonda su ciddi problemə çevrilib. Bu il pambıq tarlaları, demək olar ki, məhsul verməyib. Suyun olmadığı üçün yonca sahələri də əvvəlki illərdəki qədər ot verməyib. Beləliklə, kəndli otun bir bağını 5 manata almaq məcburiyyətində qalır.(yenicag)

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...