Vidadi İsayev daha bir şəhid ailəsinə qənim kəsilib - VİDEO

 Vidadi İsayev daha bir şəhid ailəsinə qənim kəsilib -

Vətən müharibəsinin şəhidi Qəribzadə Fəxrinin anası ona ev muzeyi yarada bilmədiyi üçün oğlunun ruhundan xəcalət çəkir. Anaxeber.info məlumat verir ki, şəhid anası alnıaçıq, başıuca olduğunu, vətənə bir qəhrəman verdiyini video müraciətində qeyd edib. Lakin Fəxrinin anası deyir ki, şəhid balasına ev muzeyi yaratmağa nə evi, nə imkanı var.

Qərbizadə ailəsi Bərdədə yaşayır və şəhid anası ona bir yaxını tərəfindən hərtərəfli dəstək verildiyini video çıxışında söyləyir. “Evimdə şərait yoxdur ki, Fəxrinin ev muzeyini yaradım. Buna görə özümüzü bağışlaya bilmirik. Bundan utanıram. Vətənə qəhrəman vermişəm, dörd medalı var. Bütün sıxıntılara dözməyə hazıram, bircə balamın ev muzeyinin olmaması məni yandırır”, - deyə şəhid anası ürəkağrısı ilə danışır. Amma burada utanmalı nə şəhid anasıdır, nə onun imkansızlıqdan çətin çəkməsidir.

Bu məsələdə ən böyük utanc Bərdənin icra başçıs Vidadi İsayevə düşür. V.İsayev o dərəcədə həddini aşıb, o səviyyədə bütün qırmızı xətləri tapdalayıb ki, artıq geriyə dönüşü yoxdur. Bir icra başçısı olaraq şəhid ailələrinə münasibətdə nə qədər pislik etmək lazımdırsa, edir. V.İsayev gah şəhid anasına süpürgəçiliyi təklif edir, gah da şəhid balasına ev muzeyi yarada bilməyən ana ilə maraqlanmır. Bu necə bir məmurdur? Necə bir insandır? Bu qədər bivec, laqeyd şəxs olarmı? Sadəcə, bu suallara cavab tapmırıq...




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...