“AzərSuTikinti”nin xəstəxanasının işçiləri müəssisənin bağlanmasına etiraz edirlər

“AzərSuTikinti”nin xəstəxanasının işçiləri müəssisənin bağlanmasına etiraz edirlər

Ötən həftə “AzərSuTikinti” Səhmdar Cəmiyyəti xəstəxanasının işçiləri bu tibb müəssisəsinin bağlanmasına etiraz olaraq aksiya keçiriblər.

Onlar Bakının Nizami rayonunda yeganə dövlət xəstəxanası olan bu səhiyyə obyektinin ləğv edilməsinin yolverilməz olduğunu bildiriblər.

Bundan əlavə, onların fikrincə, pandemiya şəraitində xəstəxananın bağlanması heç düzgün deyil.

Kollektiv Azərbaycan prezidentinə müraciət edərək xəstəxananın ləğvinə yol verilməməsini xahiş edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Baxış bildirib ki, həmin xəstəxananın cərrahiyyə əməliyyatları aparan 9 həkimi başqa müəssisəyə keçiriləcək.

Əsasən 4 cərrah, 2 ginekoloq və 2 qulaq-burun-boğaz həkimi Sabunçu tibb mərkəzinə köçürüləcək.

“Tibbi personalın qalan hissəsi, o cümlədən nevroloji, terapevtik, qəbul, reanimasiya, laboratoriya şöbələri yeni Nizami Rayon Tibb Mərkəzinə köçürüləcək və işlərini orada davam etdirəcəklər. Bu məsələlər həmin müəssisənin ştat cədvəlində öz əksini tapıb”, – Baxış bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...