Ruslan Əliyevin qaz sayğacı tenderləri - “Azəriqaz” bizə mavi qaz əvəzinə niyə hava satır?
“Hava gələndə plitəni açıq qoyub sayğaca baxın. Sayğac göstəricisi dəyişmir. Fasiləsiz qaz verilən kəmərdə hava gəlməsi mümkünsüzdür”. Bu sözləri “Azəriqaz”ın prezidenti Ruslan Əliyev deyib. Amma narazılıqlar var. R.Əliyevin bu açıqlaması həqiqəti əks etdirmir deyə iddialar var. Xüsusilə də mexaniki sayğaclarda qaz xəttində hava vurulan zaman sərfiyyat yazılır. Doğrudur “Azəriqaz” rəsmiləri iddia edirlər ki, binaların önündə qazpaylayıcı qovşaqlarda hava vurulan zaman prosses tənzimlənr. Lakin “Hürriyyət”ə müraciət edən sainlər bildirir ki, şəxsi mülkiyyət olan həyət evlərində bu baş vermir. Adətən qaz qoxusu verən qarışıq hava xəttə vurulur və nəticədə saatlarla sayğac sərfiyyat yazır.
Ölkədə qaz təsərrüfsatları ilə bağlı çox ciddi problemlərin olduğu şübhəsizdir. Xüsusuilə fərdi mənzillərlə bağlı mütəmadi olaraq narazılıqlar ifadə edilir. Məsələn hələ də Bakı və ətraf kəndlərdə, o cümlədən də Abşeron rayonunda fərdi qazlaşdırma problemi qalmaqdadır. “Azəriqaz” bir qayda olaraq fərdi mənzillərin qazlaşdırılmasına yalnız dövlət layihələri hesabına həyata keçirir. Məsələn ana qaz borularından qazlaşdırma istəyən vətəndaşlara bildirilir ki, həmin ərazi layihədə yoxdur. Bu halda “Azəriqaz”ın bir sürü dəllalı dövriyyəyə girir. Özlərini podratçı kimi təqdim edib, vətəndaşlardan qazlaşdırma üçün ümumi daşıma xətləri ilə bağlı olaraq vəsait tələb edirlər. Nəticədə də həmin “podratçıların” əslində “Azəriqaz”ın müvafiq rayon idarəsi olduğu ortaya çıxır. Borular vətəndaşın vəsaiti hesabına alınır. Məsələn, “Hürriyyət”ə müraciət edən Abşeron rayon Masazır qəsəbəsi sakinləri bildirir ki, aylar əvvəl bir neçə mənzil sahibibşəxsi vəsaiti hesabına qaz boruları alıb mənzillərinə qaz çəkdiriblər. Bundan sonra məskunlaşma olduqca “Azəriqaz”in Abşeron idarəsi yeni mənzillərə texniki şərt və sayğac satmağa başlayıb. Boruların ötürücülük qabiliyyəti, kiim tərəfindən çəkilməsi isə nəzərə alınmayıb. Nəticədə “Azəriqaz” mənzillərin qazlaşdırılması ilə bağlı olaraq statistik hesabatlar verib cəmiyyətə öz uğuru kimi tətbiq edib.
Qazlaşdırma ilə bağlı daha bir problem ondan ibarətdir ki, abonentlər daha çox sadə və çox primitiv texniki problem baş verdikdə “Azəriqaz” işçilərinin sayğaçı smat tipdən mexaniki tipə dəyişirlər. Sıstematik olaraq olaraq smart sayğğacların kart ödənişlərində problem yarandıqda problemi həll etmək üçün vətəndaş adətən yerli “Azəriqaz” idarəsinə və ya “Asan Kommunal” a müraciət etməlidir. Bu zaman ödənişo həyata keçirə bilməyən və ya kartı “bloka” düşən vətəndaşa yardıım etmək əvəzinə smart sayğacı mexaniki sayğacla dəyişirlər.
Məsələ burasındadır ki, yuxarıda qeyd etdiyimiz xətlərə hava vurulması və sərfiyyat yazılması problemi də adətən mexaniki sayğaclarda müşahidə edilir. Mütəxəssislər bildirir ki, smart sayğaclar qazın kəsilməsi zamanı avtomatik kilidlənir. Bundan sonra isə hava ilə vurulan qaz qatışıqları sərfiyyat kimi hesablanmır. Lakin mexaniki sayğaclarda bu mexanizm yoxdur. O zaman sual olunur, niyə “Azəriqaz” və onun rəhbəri Ruslan Əliyev smart sayğaclardan imtinanı əsaaslandırır və mexaniki sayğacların kütləvi tətbiqi barədə müsbət rəy verir?
Əksər hallarda heç bir problemi olmayan abonentlərin smart sayğacları sahibinə xəbərdarlıq etmədən mexaniki sayğacla əvəz edilir.
Çox maraqlıdır ki, heç bir problemi olmayan və ya kiçik texniki problemi olan smart sayğacların dəyişdirilməsi zərurəti olmasa da “Azəriqaz” onları dəyişdirir. Və nə qədər absurd görünsə də qurumdan belə bir açıqlama gəlir:
“Dünya enerji bazarında baş verən dəyişikliklər və s. məsələlərlə əlaqədar artıq smart tipli sayğaclardan istifadəni minimuma endirmişik. Smart sayğaclardansa, mexaniki sayğacların alınmasına üstünlük veririk. Çünki mexaniki sayğacların qiyməti onlardan 3 dəfə aşağıdır. Bundan başqa, mexaniki sayğacın komplektinin qiyməti 70-90 manat arasında dəyişir. Smart kart tipli sayğaclarda isə bu, 220-240 manat arasındadır”.
Tutaq ki, smart sayğaclar bahadır. Lakin zərurət olmadıqda niyə o sayğaclar dəyişdirilir? Bu suala isə cavab yoxdur.
"Azəriqaz" İB-də Ölçü Cihazlarına Nəzarət Departamenti var. Bu departamenti rəyi ilə sayğaclar dəyişdirilir.
Həmin Departamentin rəyi əsasıında da dövlət sifarişli satınalma həyata keçirilir. Və mexaniki sayğğacların alınmasına başlanılır. Yerli mediada zaman-zaman bu departamentin rəylərində bir gizli sövdələşmə, tenderlər üçün əsas keçərli olan rəyin hazırlanmasına dair şübhələr yer alır.
Məsələn məlumata görə, "Azəriqaz" İB-nin anbarında çox sayda istifadəyə yararsız sayğac var. Maraqlıdır, onların aqibəti necə olur? Bu suala da kimsə cavab vermir. Və ya ortada cavabsız qalan başqa bir sual daha var. "Mexaniki sayğaclar nə qədər dövlət vəsaiti hesabına alınıb?" sualına cavab olaraq, tender məsələlərinə dair geniş məlumatların SOCAR-ın rəsmi səhifəsində elan edildiyi qeyd olunur. Lakin bu barədə rəsmi olaraq heç bir bilgi əldə etmək mümkün deyil.
Görünür ”Azəriqaz” rəhbərliyi bu ilin ilk rübündə qaz itkiləriinin azaldığını, əhalinin qaz istehlakına görə ödənişlərində 100 faizə bərabər gəlirlər olduğunu da məhz bu “uğrular” nətiəsində əldə edib.
Mövzu ilə bağlı qarşı tərəfin də möqeyini dinləməyə hazırıq.
2837 dəfə oxundu