AMEA-da daha bir müəmmalı tender... - 3 ay əvvəl yaranan şirkəti necə qalib edirlər?

AMEA-da daha bir müəmmalı tender... -
Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Gundeminfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 16 min 584 manat olan tender müsabiqəsinin qalibi “Delta 10 LT” MMC (VÖEN- 1102638281) olub.

“Delta 10 LT” MMC AMEA-ya stellaj üçün dayaq (12 ədəd) və rəf (450 ədəd) satacaq.

Nizamnamə kapitalı 10 manat olan “Delta 10 LT” MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sultanova Vüsalə Vaqif qızıdır.

Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Delta 10 LT” MMC tender müsabiqəsinin başlamasından cəmi 3 ay yarım əvvəl dövlət qeydiyyatına alınıb.

AMEA tender müsabiqəsini (Kotirovka sorğusu) sentyabr ayının 15-də elan edib. Tender müsabiqəsinin qalibi olan “Delta 10 LT” MMC isə iyun ayının 22-də dövlət qeydiyyatına alınıb.

Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi 3 ay yarım əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.

Onu da qeyd edək ki, iyun ayının 22-də Sultanova Vüsalə Vaqif qızının qanuni təmsilçi olduğu və hüquqi ünvanı Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşən daha 3 şirkət – “Yaşam 88 LT” MMC (VÖEN-1102638301), “SL 99 Corp” MMC (VÖEN - 1102638151) və “Smart 86 Corp” MMC (VÖEN – 1102638431) də dövlət qeydiyyatına alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
273 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...