“Bakı Ayaqqabı Fabriki” özəlləşdirilib

“Bakı Ayaqqabı Fabriki” özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Bakı Ayaqqabı Fabriki” ASC-nin səhmlərinin 85 %-nin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ƏMDX-nın Özəlləşdirmə şöbəsinin rəhbəri Əziz Mirzəyev bildirib.

Bununla belə, o, müsabiqənin qalibinin hansı şirkət olduğunu açıqlamayıb.

"Qalib rəqabətli hərrac şəraitində müəyyən olunub. Müsabiqənin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq", - Ə.Mirzəyev qeyd edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
181 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...