“Nar”ın dəstəyi ilə Fibonacci Games oyunlarının finalı keçirilib

“Nar”ın dəstəyi ilə Fibonacci Games oyunlarının finalı keçirilib


“Nar”ın dəstəyi ilə ölkənin ilk intellektual-əyləncəli oyunu olan Fibonacci Games oyunlarının 9-cu mövsümünün finalı keçirilib. Artıq 6-cı ildir ki, hər həftə yüzlərlə intellektual asudə sevənləri Fibonacci Games oyunları bir yerə yığır. Bu mövsümün final oyununun qaliblərinə isə mobil operator “Nar” dəyərli hədiyyələr təqdim edib.

Qeyd edək ki, intellektual hərəkatın kütləviləşməsində böyük rol oynayan Fibonacci Games oyunlarının bu mövsümündə 40-dan çox komandaya müxtəlif sahələrdən olan suallar verilib. Yarışın həm Azərbaycan, həm rus dillərində olması daha çox insanın bir araya gəlməsini təmin edib.

Hər zaman müasir trendləri izləyən “Nar” mütərəqqi və proqressiv gənclərə dəstəyini bu cür intellektual layihələrlə ifadə edir. Mobil operatorun bu istiqamətdə gördüyü işlərlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
415 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...