Əziz Orucovun hansı maddə ilə ittiham olunduğu bilindi

Əziz Orucovun hansı maddə ilə ittiham olunduğu bilindi
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun şübhəli şəxs qismində tutulmasına qərar verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Meydan TV-yə vəkili Bəhruz Bayramov bildirib.
O qeyd edib ki, Ə. Orucova qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi başlanıb.
“Əziz Orucovun şəxsi evi yoxdur, qohumlarının evində yaşayır. Torpaq sahəsi alıb ki, özünə ev tiksin. O ərazidəki torpaq sahələrində yüzlərlə ev tikilib. Amma Əziz Orucov buna görə şübhəli şəxs qismində saxlanılır. Evində, ofisində axtarış aparılır”, – Bəhruz Bayramov bildirib.
Müdafiəçi əlavə edib ki, qanuna görə 48 saat ərzində şübhəli şəxs qismində saxlanıla bilər. Bu müddətdə ya ona ittiham elan edilib, təqsirləndirilən şəxs qismində cəlb olunmalı, barəsində həbs və ya alternativ növdə qətimkan tədbiri seçilməlidir, ya da sərbəst buraxılmalıdır:
“Hətta təqsirləndirilən şəxs qismində cəlb olunsa belə, onun barəsində həbs qətimkan tədbiri seçilməsinə əsas yoxdur. Çünki yaşayış yeri məlumdur, qaçıb gizlənmək fikri də yoxdur. Cinayət Məcəlləsinin 188.2 maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir”.
Bu maddədə 3 ilə qədər azadlığın məhdudlaşdırılması (elektron qolbaqla hərəkət) və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xatırladaq ki, ötən axşam “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun evində axtarış aparılıb və daha sonra o saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
270 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...