Baş Prokurorluq intiharların əsas səbəbini açıqlayıb
"Hazırda intihar və intihara cəhdlərin sayında ciddi artım qeydə alınır".
"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, intihar halları əsasən ailə daxilində baş verdiyindən çox zaman qapalı qalır və yaxın şəxslər bu haqda məlumat vermək istəmirlər: "Bu səbəbdən belə halların açılması ya natamam qalır, ya da açılmır, hüquq-mühafizə orqanları ciddi problemlərlə qarşılaşır. Odur ki, intihar hallarının üstünün açılmasında ciddi problemlər yaşanır. İntihara cəhd etmiş şəxslə bağlı sonradan psixoloji ekspertiza aparılır ki, o həqiqətən özünü öldürmək istəyib, ya yox?! Təəssüf ki, bu sahədə psixoloji ekspertizalarımız azdır".
Baş Prokurorluğun rəsmisi bildirib ki, intihar və intihara cəhd cinayətlərinin başvermə səbəbini araşdıranda onların əsasən erkən və qanunsuz nikahlardan qaynaqlandığı məlum olur: "Digər hallar var ki, zərərçəkmiş şəxslər barədə xəstəxanalardan məlumat alırıq. Sanki bu haqda məlumat verməkdə "ictimai qınaq" var. Zərərçəkmiş şəxs sonradan həqiqi olmayan məlumatlar verir və ya barışıq ərizələri təqdim edirlər. Ən problemli hal isə zərərçəkmiş şəxs məhkəmədə istintaqa verdiyi məlumatdan fərqli məlumat təqdim etməsidir. Nəticədə cinayət bağlı qalır".
577 dəfə oxundu