Azərbaycanda 60 yaşlı qadın ilk dəfə ana oldu

Azərbaycanda 60 yaşlı qadın ilk dəfə ana oldu

Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşlı qadın uşaq dünyaya gətirib.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin sosial şəbəkə hesabında yayılıb.

Bildirilib ki, Lənkəran rayon Bürcəli kənd sakini 1963-cü il təvəllüdlü Səfərova Ayaxanım İltifat qızı hamiləliyin 37-ci həftəsində, dekabrın 5-də qeysəriyyə yolu ilə çəkisi 3100 qr., boyu 49 sm olan qız uşağı dünyaya gətirib.

Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...