Azərbaycan dili üzrə natiqlik çempionatına qeydiyyat başladı

Azərbaycan dili üzrə natiqlik çempionatına qeydiyyat başladı


Azərbaycan dilinin inkişafına töhfə məqsədilə “Diksiya Akademiyası” növbəti dəfə "Ana dilində hekayəni danış" adlı natiqlik çempionatını elan edir. Dördüncü dəfə keçiriləcək çempionat gənclərin natiqlik bacarıqlarını nümayiş etdirmələri və ana dilində özlərini ifadə etmələri üçün faydalı platforma təmin etmək məqsədi daşıyır.

“Nar”ın əsas dəstəyi ilə üç ay ərzində davam edəcək "Ana dilində hekayəni danış" natiqlik çempionatında iştirakçılara hərtərəfli natiqlik təlimləri keçiriləcək və ünsiyyət bacarıqlarını inkişaf etdirmələri üçün şərait yaradılacaq. Müsabiqənin şərtləri barədə ətraflı məlumatı bu linkdən oxuya bilərsiniz.

“Nar” ana dilimizin inkişafına yönəlik layihələri dəstəkləməklə Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və təbliğinə fəal töhfə verir, eyni zamanda gələcək nəslə ünsiyyətdə və özünüifadədə üstün olmağa imkan yaradır. Mobil operatorun korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələrlə nar.az səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
154 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...