Zirəddin Rzayev Elman Paşayev haqda nələr dedi?

Zirəddin Rzayev Elman Paşayev haqda nələr dedi?
Elman Paşayevlə şəxsən tanışam, ancaq onu tanıdığım yöndən deyil, məhz psixoloq kimi psixoloji portretini təqdim edəcəm.

Gundeminfo.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a psixoloq, ezoterik Zirəddin Rzayev Rusiyada saxlanılan tanınmış vəkil Elman Paşayev haqda danışarkən deyib.

Onun sözlərinə görə, E.Paşayev həddindən artıq qeyri-adi adamdır:

“Elman bəy öz hiperaktivliyi ilə bütün dostlarından fərqlənən, diqqəti özünə cəlb etməyi bacaran biridir. Hətta qapalı məclislərdə belə məclisi ələ almağı bacaran, möhkəm gülüşü, məzəli lətifələri ilə mühiti dəyişən bir dost və yoldaşdır. Həyata qarşı çox maraqlı və həvəsli adamdır. O, təkcə vəkil və ya hüquqçu kimi deyil, bütün sahələrdə özünü sınayıb. Buna misal olaraq onun biznesə, sosial şəbəkələrə, mətbuata, siyasətə, hərbiyə və ictimai işlərə göstərdiyi marağı nümunə kimi göstərmək olar”.

Z.Rzayev bildirib ki, Elman Paşayev insanlarla tez əlaqə qurmağı bacaran, münasibətdə çox kommunikativ biridir və təşkilatçılıq qabiliyyəti var:

“O, insanları özünə inandırmağı, təşkilatçılıq etməyi, qurub-yaratmağı bacarır. Nəyin bahasına olursa-olsun, həmişə qarşısına qoyduğu məqsədə çatmağa çalışır. Onu xolerik tipli bir subyekt kimi görürəm, ona həmişə öz enerjisini nəyəsə sərf etmək, yeni bir sahə ilə məşğul olmaq lazımdır. Az qorxu hissinə malik, bununla yanaşı çox ehtiyatlı adamdır. Xolerik olduğu üçün çılğın, qeyri-stabil və tez özündən çıxma xarakteri də var. Belə bir hiperaktiv adam üçün həbsdən ağır cəza təsəvvür edə bilmirəm”.

Qeyd edək ki, vəkil Elman Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovski və onun həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər. Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
98 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...