Ali Məhkəmə Cəmil Məmmədlinin şikayətini təmin etmədi

Ali Məhkəmə Cəmil Məmmədlinin şikayətini təmin etmədi

Bu gün Ali Məhkəmədə jurnalist Cəmil Məmmədlinin kassasiya şikayətinə baxılıb.

Cəmil Məmmədlinin vəkili Aqil Layıc Qaynarinfo-ya bildirib ki, jurnalistin şikayəti təmin olunmayıb.

Cəmil Məmmədli kassasiya şikayətində məhkum edildiyi 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddə üzrə bəraət hökmünün çıxarılmasını, 221.2.2-ci maddəyə gəlincə isə əməlin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəyə tövsif edilməsini istəyirdi.

Cəmil Məmmədli 2023-cü ilin noyabrında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılıb.

182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət alan jurnalist digər maddələrlər təqsirli bilinirək, 6 il 12 gün müddətində azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.

Cəmil Məmmədli ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O, peşə faəliyyətinə görə həbs edildiyini bildirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...