Məhkəmə Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı müraciətə gələn həftə baxacaq

Məhkəmə Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı müraciətə gələn həftə baxacaq

"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı müraciətə gələn həftə baxılacaq.

Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, vəsatətə Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə aprelin 24-də baxılacaq.

Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.

Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
114 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...