İstanbul merinin korrupsiya işi üzrə daha 18 nəfər həbs edilib

İstanbul merinin korrupsiya işi üzrə daha 18 nəfər həbs edilib
Türkiyə polisi İstanbul meri Əkrəm İmamoğluna qarşı korrupsiya işinin araşdırılmasında ikinci xüsusi əməliyyat keçirib. 30 nəfər saxlanılıb, onlardan 18 nəfər məhkəmənin qərarı ilə həbs edilib.

"Report"un məlumatına görə, bu barədə Haberturk telekanalı xəbər verir.

12 şübhəli şəxsə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.

Əvvəlki saxlanma dalğası 26 apreldə baş vermişdi. O zaman İstanbul, Ankara və Tekirdağda 47 şübhəli şəxs saxlanılmışdı. Bundan sonra hüquq-mühafizə orqanları daha beş nəfəri həbs ediblər. Saxlanılanlar arasında İstanbul telekommunikasiya şirkəti "Isttelkom"un, bələdiyyə su təchizatı idarəsi ISKI-nin rəhbərliyinin nümayəndələri, həmçinin İstanbul polis şöbələrinin keçmiş və hazırkı rəisləri və meriya məmurları var.

İmamoğlu martda saxlanılıb və İstanbul meri vəzifəsindən kənarlaşdırılıb. Ona və onun silahdaşlarına Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası ilə əlaqələr isnad edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
22 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...