İyunun 10-dan 12-ə qədər bağlanacaq yolların siyahısı

İyunun 10-dan 12-ə qədər bağlanacaq yolların

12 iyun tarixində başlanacaq I Avropa Oyunları ilə əlaqədar müəyyən günlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması planlaşdırılır. Bu barədə “APA-Economics”ə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib. Məlumata görə, Bakıda məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

- Şəmsi Bədəlbəyli küçəsi;

- Səməd Vurğun küçəsi;

- Bül-bül prospekti;

- Rəşid Behbudov küçəsi;

- Azadlıq prospekti;

- İstiqlaliyyət küçəsi;

- Niyazi küçəsi;

- Şövkət Ələkbərova küçəsi.


12 iyun I Avropa Oyunlarının açılış mərasimi günü isə aşağıda qeyd olunan yollarda saat 16:00-dan gecə saat 02:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

- Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək;

- Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməyədək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...