'Putin Dəməşqli' adına qızıl iPhone7-lər buraxıldı - FOTO

'Putin Dəməşqli' adına qızıl iPhone7-lər buraxıldı -


Rusiyanın mobil telefonların dizaynı üzrə şirkəti “Caviar” iPhone7 telefonlarının yeni kolleksiyasını buraxıb.

Avropa.info xəbər verir ki, telefon kolleksiyasının buraxılışı Rusiya prezidenti Vladimir Putinin ad gününə həsr olunub. “Supremo Putin Damascus” (Ali Putin Dəməşqli) adı daşıyan seriya Dəməşq poladından qılıncların bəzədildiyi dekorativ nəqşlərlə bəzədilib. Dizayn iki variantda təqdim olunub: titan və qızıl işləmələrlə.

Cihazlar 128 və 256 qiqabayt həcmli yaddaşa malikdir. Telefonların qiyməti 207 min rubldan 232 min rubladək dəyişir. Seriya cəmi 64 nümunədə buraxılacaq. Qeyd edək ki, 7 oktyabrda Putinin 64 yaşı tamam olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...