"Kurtlar Vadisi Pusu"nun fanatlarına şad xəbər

"Kurtlar Vadisi Pusu"nun fanatlarına şad xəbər


"Kurtlar Vadisi Pusu" serialının fanatlarına şad xəbər var. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialın indiyə qədər yayımlanmış bütün seriyaları "360 TV"də yayımlanacaq. Oktyabrın 10-dan etibarən hər gün bir seriya olmaqla, ekran işinin 13 mövsümü ardıcıl təqdim ediləcək.

Lakin serialın yeni mövsümünün hansı telekanalda yayımlanacağı hələ də bəlli deyil. İddialara görə, yeni seriyalar da "360 TV"də yayımlana bilər. Qeyd edək ki, "Pana film" telekanallardan yayım üçün böyük məbləğ tələb etdiyi üçün tərəflər arasında razılıq əldə edilmir. Kanal D-də yayımlanacağı gözlənilən layihə kanal rəhbərliyi ilə reklam gəliri mövzusunda ortaq nəticəyə gələ bilməyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...