Daha bir jurnalistin evini yardılar

Daha bir jurnalistin evini yardılar


Bakıda AzTV-nin aparıcısı Aydın Piriyevin evindən oğurluq hadisəsi baş verib. AzVision.az -ın xəbərinə görə, bu barədə jurnalist özünün sosial şəbəkədəki səhifəsində yazıb. O, qeyd edib ki, Yasamal rayonunda yerləşən evini naməlum şəxslər qarət edib:

“Evə gəldik, gördük ki, evi yarıblar. Ehtiyatlı olun, dostlar”-deyə yazıb. Zərərçəkmiş jurnalist evindən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlandığını söyləyib .Oğrular mənzilə pəncərəni sındırıraq daxil olublar. Jurnalist Aydın Piriyevin müraciəti əsasında faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır. Qeyd edək ki, Aydın Piriyev AzTV-də efirə gedən “Parlaq zəka” verilişinin aparıcısı və layihə rəhbəridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...