Almaniyada neft məhsulları ilə işləyən avtomobillər qadağan ediləcək

Almaniyada neft məhsulları ilə işləyən avtomobillər qadağan ediləcək


Almaniya Federal Şurasının növbəti iclasında 2030-cu ildən sonra ölkədə neft məhsulları ilə işləyən avtomobillərin istifadəsinin qadağan ediləcəyi bildirilib

Azərtac “reuters.com”a istinadla xəbər verir ki, hazırda Almaniyada dizel, benzin və mayeləşdirilmiş neft qazı (LPG) kimi fərqli yanacaq növlərinin istifadəsinə icazə verilsə də, 2030-cu ilə qədər mərhələli şəkildə bu yanacaq növlərinin istehlakı azaldılacaq. 2030-cu ildən sonra isə təkcə hidrogen və elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinin istifadəsinə icazə veriləcək.

Qeyd edək ki, Norveçdə isə 2025-ci ildən etibarən neft məhsulları ilə işləyən avtomobillərdən istifadəyə icazə verilməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
795 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...