BDU-da 600-dan çox bal toplayan tələbələrlə bağlı XÜSUSİ QƏRAR

BDU-da 600-dan çox bal toplayan tələbələrlə bağlı


Bu il BDU-da 600-dən yuxarı bal toplayaraq universitetə qəbul olunmuş, o cümlədən elmi işə xüsusi maraq göstərən 312 nəfər tələbənin birinci kursdan başlayaraq elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə onların hər birinə professor-müəllim və elmi işçilər sırasından elmi rəhbərlərin təyin olunması barədə sərəncam imzalanıb.

BDU-dan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, sərəncama əsasən elmi rəhbərlər tələbələrlə söhbət edərək onları müvafiq kafedralarda aparılan elmi tədqiqat işlərinin istiqamətləri və metodları ilə tanış etməli, maraq dairələrini müəyyən edərək uyğun mövzular üzrə elmi-tədqiqat işinə cəlb edilməsini təmin etməlidirlər. Sərəncamda nəzərdə tutulur ki, movzular muəyyənləşdirilərkən, еlmin, təhsilin muasir və pеrspеktiv inkişafı, elm və təhsil qarşısında duran rеal vəzifələr, təhsil islahatları, dovlətin elm və təhsil sahəsindəki siyasəti, habelə kafеdranın еlmi-tədqiqat işlərinin əsas istiqamətləri nəzərə alınmalı və mövzular kafedra iclaslarında ətraflı müzakirə edilərək təsdiq olunmalıdır.

Tələbələrin elmi fəaliyyəti və aldığı nəticələr hər ilin sonunda kafedra iclaslarında müzakirə edilərək qiymətləndirilməli, onların aldığı elmi nəticələrin konfranslarda məruzə edilməsi və elmi jurnallarda çap edilməsi təmin edilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
792 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...