Jurnalistlərə güzəştli nəqliyyat kartları veriləcək

Jurnalistlərə güzəştli nəqliyyat kartları veriləcək

Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi gerçəkləşir. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Nuridə Allahyarova fins.az-a bildirib ki, bunun üçün gələcəkdə həmin şəxslərə güzəştli kartların verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, son günlər jurnalistlərin nəqliyyatdan pulsuz istifadəsi məsələsi müzakirə olunur. N.Allahyarova indi media mənsublarına belə bir güzəştin verilmədiyini deyib: "Hazırda jurnalistlərin nəqliyyatdan istifadəsi pulsuz deyil. Lakin gələcəkdə ölkədə onlar üçün güzəştli kartlar nəzərdə tutulur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...