Stiven Siqal Rusiya vətəndaşlığı aldı

Stiven Siqal Rusiya vətəndaşlığı aldı

Rusiya Prezidenti Vladimir Putin məşhur ABŞ aktyoru və prodüseri Stiven Siqala RF vətəndaşlığının verilməsi barədə fərman imzalayıb. Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bu fərman Kremlin rəsmi saytında dərc olunub.

Bundan əvvəl aktyor kinofestival çərçivəsində Yujno-Saxalinsk şəhərində olmuş və Rusiyanı çox sevdiyini demişdi. O, jurnalistlərə açıqlamasında Saxalin bölgəsində biznes fəaliyyəti üçün yaxşı mühitin olduğunu və gələcəkdə Rusiya vətəndaşlığı ala biləcəyini bildirmişdi. Siqalın ABŞ vətəndaşlığından savayı, Serbiya vətəndaşlığı da var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...