Azərbaycanın güləşçi xanımı podiuma çıxdı - FOTOLAR

Azərbaycanın güləşçi xanımı podiuma çıxdı -


Üçqat Olimpiya mükafatçımız, Dünya və Avropa çempionu, azərbaycanlı güləşçi Mariya Stadnik Hindistanda podiuma çıxıb. Güləşçimiz professional güləş liqasının ikinci turunun şərəfinə Nyu-Delidə baş tutan moda sərgisində iştirak edib.

Stadnik daxil olmaqla bütün iştirakçılar ənənəvi hind geyimində podiuma çıxıb. Güləşçilər podiuma çıxarkən həyəcanlı olduqlarını vurğulayıblar. “Döşəkçədə hər şey sadə və təbiidir. Biz uşaqlıqdan vərdiş etdiyimiz şeyləri edirik. Bu isə tamamilə fərqlidir. Mən çox həyəcanlı idim. Bu, Hindistana ilk səfərimdir. Mən Tac Mahal və Delidə qızıl məbədi ziyarət etmək istəyirəm”, - deyə Stadnik vurğulayıb. (azvision)

Azərbaycanın güləşçi xanımı podiuma çıxdı -
Azərbaycanın güləşçi xanımı podiuma çıxdı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...