Azərbaycanda "Twitter"in fəaliyyətində problem yaranıb

Azərbaycanda "Twitter"in fəaliyyətində problem yaranıb


Azərbaycanda "Twitter" sosial şəbəkəsinin xidmətlərindən istifadədə çətinliklər yaranıb. "APA-Economics" xəbər verir ki, çətinliklər Bakı vaxtı ilə 10:00 radələrindən müşahidə olunur.

"Downdetector" monitorinq resursu problemin olduğunu təsdiqləyib. Bununla yanaşı, "Twitter"in "Facebook" sosial şəbəkəsindəki rəsmi akkauntunda problemlə bağlı istifadəçilərin şikayətləri yer almaqdadır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzindən "APA-Economics"ə bildirilib ki, problem şirkət daxilindədir.

20 dəqiqə sonra problem aradan qaldırılıb və sosial şəbəkədən tam istifadə etmək mümkündür. Şirkət problemin səbəbini açıqlamır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...