Tramp seçildi meksikalı maqnat 5,1 mlrd. dollar itirdi

Tramp seçildi meksikalı maqnat 5,1 mlrd. dollar itirdi


Dünyanın 5-ci ən varlı insanı Karlos Slim Donald Trampın prezident seçkilərindəki qələbəsi səbəbindən 5,1 mlrd. dollar itirib. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, meksikalı mediamaqnat Meksika pesosunun dollara qarşı 12% ucuzlaşmasından sonra sərvətinin 9,2%-ni itirib.

"Bloomberg Billioners" indeksinə əsasən, seçkilərin nəticəsi elan olunduqdan sonra K. Slimin sərvəti 41 mlrd. dollaradək azalıb. Seçkilərədək dünyanın 5-ci ən zəngin insanı olan meksikalı D. Trampın qələbəsinin ardından 8-ci pilləyədək geriləyib. Hazırda onun sərvəti 49,2 mlrd. dollar həcmində dəyərləndirilir.

Qeyd edək ki, K. Slim Hillari Klintonun tərəfdarı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
752 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...